The Hill: Azərbaycan və İsrailin münasibətləri uğurun tarixçəsidir

0

Azərbaycan və İsrail arasında münasibətlər nəinki həqiqi və etibarlı müttəfiq olan, hətta ikitərəfli münasibətləri sayəsində inkişaf edən yəhudi dövləti ilə müsəlman ölkəsi arasında dostluğun mümkünlüyünü sübut edir.

 

Trend-in məlumatına görə, bu fikirlər “Beqin-Sadat” Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murisonun ABŞ-ın “The Hill” qəzetində dərc olunan məqaləsində yer alıb.

Bu yolla A.Murison erməni mənşəli Areq Qalstyanın həmin qəzetdə dərc olunmuş “Azərbaycan İsraildən nə istəyir?” məqaləsinə reaksiya verib. A.Murisonun sözlərinə görə, həmin məqalədə nəinki Azərbaycanla İsrailin münasibətlərinə ləkə salınır, həm də antisemit ideyalar səsləndirilir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan, lakin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ barədə məlumatlar təhrif olunur.

A.Murison yazır: “Qalstyan çoxəsrlik antisemit ideyadan – ABŞ yəhudilərinin sədaqətinə olan şübhədən istifadə edir. Onun sözlərinə görə, Azərbaycan ABŞ yəhudilərini öz məqsədləri üçün istifadə etmək niyyətindədir. Əsrlər boyunca istifadə olunmuş bu sədaqət arqumenti yəhudilərin qovulmalarına, etnik təmizlənmələrinə və qətllərinə bəraət qazandırır”.

Onun sözlərinə görə, əgər hazırki vəziyyəti öyrənsək, Ermənistan hökumətinin, oliqarxiyasının və hətta sadə əhalinin sistemli antisemitizm səviyyəsi heyrətləndirə bilər.

Məqalədə qeyd olunur ki, Sovet İttifaqının dağılmasına qədər Azərbaycanda 800 000 yəhudi yaşayırdı. SSRİ-nin dağıldığı dövrdə yəhudilər antisemitizm dalğasının başlayacağından ehtiyat edərək ölkəni tərk etdi. Azərbaycan yəhudilərinin əksəriyyəti İsrailə köçdü. Lakin onlar yeni stabil, çiçəklənən və qərbyönümlü dövlətin yarandığını gördükdə ailələri və dostları ilə görüşə bilmək və biznesin qaydaya salınması üçün ölkəyə qayıtmağa başladılar. Bununla da İsrail və Azərbaycan arasında yaxınlaşma başladı.

A.Murison yazır: “Azərbaycana və ABŞ yəhudilərinə gəldikdə isə, onlar arasında Azərbaycanda müsəlmanlar və yəhudilər arasında olduğu kimi yaxınlıq var. Təbiidir ki, azərbaycanlı mühacirlər və diplomatlar ABŞ yəhudiləri ilə sıx əlaqələr qurmağa çalışır. Bu, müasir dünyada uğurun tarixçəsidir”.

Trend

Today’s  Baku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.