New Yorka cəmi 646 manata uçun!

0

Today`s Baku xəbər verir ki, QATAR AIRWAYS 2017-ci il üçün özünün ən böyük Səyahət Festivalına başlayıb!

Yoldaş endirimi, uşaqlar pulsuz uçur tarifi və digər bir çox təkliflərdən 9-16 Yanvar 2017 tarixləri arası bilet alaraq faydalanın.

Festival zamanı Visa, Expedia və AccorHotels kimi əsas iş ortaqlarımızın əlavə təkliflərindən də faydalanın.

10 Yanvar 2017
Bakı, Azərbaycan – Qatar Airways Səyahət Festivalı 2017-ci ildə daha yaxşı təkliflərlə geri döndü. Artıq müştərilər qlobal şəbəkəmiz boyunca bir çox yerləri kəşf etmək üçün əla təkliflərdən faydalana biləcəklər. Bu təkliflər 9-16 yanvar tarixləri arası Dünyanın Ən Yaxşı Biznes Sinfi* habelə ekonom sinifdə keçərli olub müştərilərə xüsusi qiymət endirimi, yoldaş endirimi, qrup endirimi** və uşaqlar pulsuz uçur tariflərindən faydalanmaq şansı yaradır.

Qatar Airways müştəriləri 2017-ci ildə dünyanın fərqli şəhərlərini kəşf etməyə başlaya bilərlər. Yeni istiqamətlərimiz arasında Yeni Zealandiyada Auckland, Avstraliyada Kanberra, İrlandiyada Dublin, Amerika Birləşmiş Ştatlarında Las Vegas, Braziliyada Rio de Janeiro, Çilidə Santiago və.s kimi şəhərlər var. Bu inanılmaz təkliflər 11 Yanvar – 15 Dekabr 2017 tarixləri arası səyahət üçün ekonom və biznes sinifdə gediş-dönüşlü biletlərə şamil edilir və Asiya, Avropa, Afrika, Amerika, Sinay Yarımadası və.s boyunca Qatar Airways-in150-dən çox istiqamətinə şamil edilir.
Müştərilər New Yorku cəmi 646 AZN-dən başlayan qiymətə kəşf edə, Maldivdə bitməz yayın dadını çıxarmaq üçün Maleyə 982 AZN-ə səyahət edə və ya heç bir yerdə olmayan qədər unikal ərəb mədəniyyətini görmək üçün Dubaya 429 AZN-ə səfərə çıxa bilərlər. Müştərilər bu və digər əla təkliflərdən faydalanmaq üçün qatarairways.com saytına daxil ola və ya Qatar Airways satış ofisləri ilə əlaqə saxlaya bilərlər.
İlk Səyahət Festivalı təşkilindən bu günə qədər ilk dəfə, Qatar Airways dünyanın aparıcı maliyyə xidməti şirkəti olan Visa ilə əməkdaşlıq edərək, Visa kart sahiblərinə uçuşlarda əlavə 15%-dək endirim təklif etmişdir. Bundan başqa müştərilər Qatar Airways-in AccorHotels-lə olan əməkdaşlığından faydalanaraq havayolu şirkətinin saytında edilən otel bronlarına 10% endirim əldə etməklə yanaşı Expedia üzərindən birlikdə edilən hava yolu və otel rezervasiyalarına əla qiymət endirimi əldə edəcəklər.
Qatar Airways-in Baş Kommersiya Meneceri Dr. Hugh Dunleavy-nin dediyi kimi: “Qısa müddət ərzində qlobal səviyyədə tanınan və səbirsizliklə gözlənilən Qatar Airways Səyahət Festivalı müştəriləri dünyanı kəşf etməyə həvəsləndirən bir kampaniyadır və biz bu gün sözükeçən kampaniyanı sayca üçüncü dəfə həyata keçirdiyimiz üçün qürur hiss yaşayırıq. Yeni il səyahət planları haqqında düşünmək üçün əla vaxtdır və biz bir sıra maraqlı təkliflərlə bu planların bir hissəsi olmağa can atırıq.”
“Müştərilərimiz həmçinin qrup rezervasiyalarına olan özəl endirimlərdən faydalanma şansı qazanacaqlar, çünki bu festivalın əsas məqsədi insanlara unudulmaz anlar yaşadan səyahətləri həyata keçirməyə imkan yaratmaqdır.”
Qatar Airways Səyahət Festivalının məqsədi insanlara ən yaxınları ilə birlikdə səyahət edərkən onlara sadəcə mükəmməl xidmətdən faydalanmağın mümkünlüyünü göstərməkdir. Qatar Airways Skytrax tərəfindən Sinay Yarımadasında ən yaxşı müştəri xidməti olan hava yolu şirkəti, 2016-cı il üçün Dünyanın ən yaxşı biznes sinfi, dünyanın ən yaxşı biznes sinif Lounge-u olan hava yolu şirkəti seçilmişdir. Şirkət qısa müddət öncə müştərilərinin səyahət təcrübələrini bir qədər də yaxşılaşdırmaq üçün biznes kabinə yeniliklər etmiş və biznes sinif müştəriləri üçün BRICS və Castello Monte Vibiano Vecchio sərnişin dəstlərini əlavə etmiş, daha gənc sərnişinlər üçün Hasbro uşaq əyləncə dəstini yeniləmişdir.

Qatar Airways Səyahət Festivalından faydalanan müştərilər 2 səyahəti birləşdirib Dohaya səfər edə bilərlər. Yeni tranzit vizası ilə müştərilər Dohaya pulsuz tranzit vizası əldə edib 96 saata qədər orada qala bilərlər. Dohaya onun tarixi yerlərini görmək, beş ulduzlu alış-veriş mərkəzləri və istirahət guşələrinin dadını çıxarmaq üçün Qatar Airways müştərisi olmağa dəyməzmi?!
Ətraflı məlumat üçün

http://www.qatarairways.com/us/en/qatar-transit-visa.page

daxil olun.

Vüqar Ağamalıoğlu Quliyev

Today`s Baku

todaysbaku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.