Səbuhi yumoristlərə meydan oxudu – ONLARI BATIRA BİLƏRƏM

0

Moderator.az-ın suallarını duzlu-məzəli videoları, parodiyaları ilə qısa müddətdə insanlar tərəfindən tanınan və sevilən, sosial şəbəkələrdə fenomenə çevrilən Səbuhi Xanlarov cavablandırır.

– Son zamanlar bir neçə kommersiya filmi çəkilib. Həmin filmlərə sizi niyə dəvət etmirlər? Ümumiyyətlə o filmlərin səviyyəsini qanedici saymaq olarmı?

–  Bizdə çoxlu kommersiya filmləri çəkilir, amma bu filmlərin ömrü çox az olur, yaddaşlarda çox az qalır. Bizim dostumuz, əzizimiz Murad Dadaşovun rəhbəri olduğu prodakşn “Bayram axşamı” adlı film çəkir. Mən bu filmin səviyyəli film olacağına inanıram. İnanıram ki, film Azərbaycanda öz sözünü deyəcək. Çünki burda Murad Dadaşovun imzası var. Bir də “Oğlan evi-2” filmini bəyənirəm. Başqa isə elə filmlərdir ki, hətta mən adlarını belə çəkmək istəmirəm. Məna yoxdur, filmin sonunu tamamlaya bilmirlər, sonluq yoxdur.

O ki qaldı, bu filmlərə dəvət alıb-almamağıma, sağ olsun Murad Dadaşov məni qiymətləndirib, çəkilişlərə dəvət edib. Murad Dadaşov məndə nəsə gördü və özü də dedi ki, sənə inanıram. Super bir səhnə var orda, mənə elə gəlir, alındırmışam.

Filmlərə dəvət edilməməyimə də aydınlıq gətirim. Mənə elə gəlir ki, məndə olan potensial onların heç birində yoxdur. Məni hansısa filmə çəksələr, yenilik edə bilərəm, partlada bilərəm, yaradıcılığı bacarıram. Bəzi şəxslər də bunu bilirlər və qəbul edə bilmirlər. Onlar bilirlər ki, onların hamısını batıra bilərəm, onları üstələmək imkanım var. Bəzi şəxslər də bunu bildiyindən istəmirlər filmə çəkilim, çox görünüm.

– Fikrinizdən belə anlaşıldı ki, indiki kommersiya filmləri tamaşacının verdiyi pula dəyməz…

– Camaatın rəyinə əsasən deyə bilərəm ki, insanları aldadırlar. 5-8 manat yaxşı məbləğdir, amma sən 8 manatlıq film çəkmirsən axı. Tamaşaçını aldadırlar. İnanıram ki, müvafiq qurumlar tezliklə bu işə əncam çəkərlər. Bu işi nəzarətə götürmək lazımdır.

– Yenilik edə biləcəyinizi, partladacağınızı deyirsiniz, ancaq sizin də çəkildiyiniz “Ay brilliant” filmi tutmadı axı…

– İlkin Həsənli ilə aramızda olan yüngülvari narazlıqla bağlı olan şeydir bu. Onlar acığa mənim oynadığım epizodları kəsərək, çox pis montaj eləmişdilər. Allah canlarını sağ eləsin. Onlar hamısı məndən qorxur. Çünki mən hansısa filmə çəkilsəm, ön planda olacam. Bir şeyi deyim: İlham Qasımovun çəkdiyi filmləri sevə-sevə izləyirəm, o da söz verib ki, üzü yaya məni hansısa filmində çəkəcək. Onda bax mən öz sözümü deyəcəm.

 – Hansı rolda oynamaq istərdiniz?

– Məmur rolunda oyanamağı çox arzulayıram. Dövlət məmuru rolunu sevə-sevə oynayaram. Mənim özüm dövlət qulluqçusu olmuşam, polisdə işləmişəm. Öz istəyimlə işdən çıxmışam.

 – Özünüz kommersiya filmi çəkmək haqqında düşünürsünüzmü?

– Buna mənim imkanım çatır, istər maddi, istər mənəvi.  Sponsor axtarmağa ehtiyac yoxdur, elə dostlarım var ki, deyirlər səndən hərəkət, bizdən bərəkət. Hələ ki, başına buraxmışam, qoy, iməkləyən dostlarımız işlərini görsünlər. Bilirsiniz də, Azərbaycana birinci dəfə vide-roliklərin çəkilməsini mən gətirmişəm. Ondan sonra göbələk kimi çıxdılar, çəkdikləri də bir şey deyil. Mənim nə siyasətlə işim var, nə polislə. Çəkdim, bir az güldülər, qurtardı. Bəziləri özlərini böyük-böyük işlərə qoşurlar. Bunlardan uzaq adamam.

 – Əvvəl tele kanallarda tez-tez görünürdünüz, ancaq indi deyəsən nəsə qadağalar var…

– Qadağa yoxdur, sadəcə bir az əvvəl adını çəkdiyim, münasibətimizin pisləşdiyi adamlar bir müddət televiziyalara yolumu bağladılar. İndi çağırırlar, ama getmirəm. O günü də Xoşqədəm xanım çağırmışdı getmədim. Vaxtilə Maral Tahirqızını bir gecəyə məşhur elədim. Video-rolikdə sinəsini mənə göstərib deyirdi, sinəm necədir? Sonra onu telekanallara çağırdılar. Allah qapısını açsın.

 – Mahir Tahırqızını görməyə getməmisiniz ki?

– Getməmişəm, ancaq getmək istəyərəm.

 – Azərbaycanda birinci dəfə video-rolik çəkdiyinizi dediniz. Ancaq indi video-rolik çəkənlər çoxdur. Onların səviyyəsi sizi qane edirmi?

 

– Yox səviyyə yoxdur, video-rolikləri də özləri kimi səviyyəsizdir. Bəyəndiklərim də var. Məsələn, Hüseyn Əzizoğlu. O, həm oğlan kimi oğlandır, aktyor kimi də aktyor. Gəncdir, gələcəyi qabaqdadır. Mənsur Şərifin də video-roliklərini bəyənirəm.

– Son günlərdə bəzi məsələlərə görə Hüseyn Əzizoğlunu çox tənqid edirdilər…

– Dedim axı, o hələ gəncdir, ola bilsin ki, vaxtilə uşaqlıq edib, hansısa səhvə yol verib. 2013-cü ildə hansısa səhv edib, 4 il bundan qabaq. Bilirsiniz necədir, Azərbaycanda qınamağı xoşlayılar. Kimsə bir balaca yüksələndə istəyirlər, başından bassınlar. Belə şeylər açmır, qane eləmir. Hüseyn gəncdir, biz ona kömək eləməkdən onun qarşısına maneələr çəkmək istəyirik. Olmaz, qəbul eləmirəm.

 – Bu yaxınlarda Fərda Xudaverdiyevin youtube kanalına yerləşdirilmiş “Selfinaz” adlı stand-upı birmənalı qarşılanmadı. Çoxlu tənqidi fikirlər səsləndirdilər. Sizin bu tənqidlərə münasibətiniz necədir? 

– Fərda Xudaverdiyev doğrudan da Azərbaycanda yenilik elədi. Amma Fərdanı qınayırlar ki, Cem Yılmazdan oğurluq edib. Lap oğurluq edib, amma yaratdı ki. Fərda Xudaverdiyev yaradıcılığı bacarır. Heç orda oğurluq bir şey də yoxdur. Fərdanın öz yolu var və mən də burdan onu təbrik edirəm. Bunları yaltaqlıq üçün demirəm, bizim də yollarımız ayrıdır. Ancaq Fərdanın Azərbaycanda yenilik etdiyini vurğulamaq lazımdır. Fərdanın çəkildiyi filmlər Azərbaycanda öz sözünü deyir. Fərda partlada bilir, tamaşaçılar da ona baxır. Düşünürəm ki, Azərbaycanda Fərdaya ehtiyac var.

 – Deyirsiniz ki, Fərdanın stand-upı oğurluq deyil. Siz özünüz Cem Yılmazı izləyərək bu qənaətə gəlmisiniz?

– Bəli, Cem Yılmazı da, Fərdanı da yaxından izləmişəm, öz qənaətimdə də qalıram. Bir şey də deyim: Cem Yılmaz ağıza alınmayacaq ifadələr işlədir, hamı da gedib baxır. Amma Səbuhi Xanlarov öz video-roliklərində manıs dilində bir-iki söz işlədir, buna görə onu tənqid və təhqir edirlər. Mən də burdan deyirəm, kim mənə nə yazırsa, yüz qatın özünə arzu edirəm.

 – Bu qınaq təkcə sosial şəbəkələrdə olur, yoxsa sizə zənglər də edirlər?

– Zəng etmək onların başı üçün deyil. Daha çox sosial şəbəkələrdə hücumlar olur. Görüşə çağırıram, dərhal bloka atırlar.

 – Azərbaycanda sizi ürəkdən güldürə bilən yumoristlər varmı?

– Nicat Rəhimovla Elşən Orucovu, obrazların adı ilə desək, Fəlakət və Şirini bəyənirəm. Onlara gülə bilirəm.

 – Bəzən “Planet Parni iz Baku” ilə “Bu şəhərdə”ni müqayisə etməyə cəhd edənlər olur. Siz bu iki komandanı müqayisə etsəniz, üstünlüyü hansına verərdiniz?

–  “Planet Parni iz Baku”dan həmişə təkliflər gözləmişəm, amma heç vaxt gəlməyib. Əslində xüsusi ehtiyac yoxdu, özüm mövqeyim, öz yolum var. Amma nəsə elə bilmişəm ki, onlardan nəsə təklif olacaq, lakin dediyim kimi heç vaxt gəlməyib bu təklif.

O ki qaldı “Planet Parni iz Baku” ilə “Bu şəhərdə”ni müqayisə etmək cəhdlərinə… Onların fərqli yolları var. Teatrallıq baxımından mənə elə gəlir ki, “Bu şəhərdə” alındıra bilir.

“Planet Parni iz Baku”nun konsertinə gedəndə orada həmişə elit adamlar görürəm, yəqin ki, bunun özü də bir göstəricidir. Amma Rəfaellə Çoşqunun konsertində xalqın bütün nümayəndələri olur.

 – Kamil Zeynallının təyyarədə etdiyi hərəkətə görə onu bir jurnalist təhqir etmişdi. Sonradan bu məsələ həddindən artıq xoşagəlməz məcraya yönəldi. Kamil Zeynallının təyyarədə etdiyi hərəkətə, hadisələrin bu məcraya yönəlməsinə münasibətin necədir?

 – Kamil yaxşı insandır, yaxşı dostdur, yaxşı qardaşdır. O ki qaldı Kamilin təyyarədə paketi partlatmağına, orada Kamildən çox Hüseyn Əzizoğlunun səsi çıxır, qaz kimi gülür, eybəcər səslə. Kamil partladanda heç səsi çıxmır, ancaq Hüseyn Əzizoğlunun gülüşü daha çox eşdilir. Məncə bu hadisə olmasaydı, daha yaxşı olardı, ancaq zarafatdır da ediblər.

 – Bəzi aktyorların bir qazancı da toylardandır. Sizi necə toylara dəvət edirlərmi?

– Belə pis də çıxmasın, Azərbaycanda əksər aktyorları, adı dillərdə gəzən insanları mən toylara dəvət elətdirirəm, Moskvaya, Türkiyəyə apartdırıram. Mənim zəngin, oliqarx dostlarım çoxdur. Ancaq onları toya çağırmayana qədər heç vaxt məni yada salmırlar. Yığanda da o məqsədlə yığırlar ki, görsünlər toy-zad yoxdur ki? Yeri gəlmişkən, indi bir film çəkilir, o filmin maliyyəsini mən təşkil elətdirmişəm. Filmin çəkilməsinin səbəbkarlarından biri mənəm. O film üçün Moskvadan maliyyə dəstəyi ayrılıb. Ad çəkmək istəmirəm, bu müsahibəni oxuyanda özləri biləcəklər, söhbət nədən gedir.

– Ad çəksəniz, daha maraqlı olar…

– Onda da mənim üçün maraqlı olmayacaq.

– Ayrı-ayrı komandalardan, yumoristlərdən danışdıq. Bunları ümumiləşdirsək, Azərbaycan yumorunun vəziyyətini necə qiymətləndirmək olar?

– Gülüş mənasızlaşıb, Azərbaycanda mənasızlığa gülürlər, yumor yoxdur. Səbuhidən sonra heç nə edə bilmirlər, tamaşaçı artıq ayılıb. Meymuna bir dəfə barmaq eləyərsən, ikinci dəfə maraqsız olacaq. Nə qədər təkrar olar axı? Biri arvad paltarında çıxır, biri trans olur, biri mavilik edir, belə şeylərlə camaatı güldürmək olmaz. Camaat heç bunlara gülmür valla.

– Dostlardan çox narazısınız…

– Bilmirəm niyə, amma onlar diqqətsizdirlər. Gözlərinə kül atmamışam, bir pisliyim dəyməyib, amma bilmirəm niyə belədir. Kütlə məni normal qəbul edir, sosial şəbəkələrdə 40 milyona yaxın izləyicim var, 1 milyon 300 minlik Facebook səhifəm vardı, oğurladılar. Amma dost dediyimiz adamlarda sanki mənə qarşı bir aqressiya var. Bunun səbəbini bilmirəm.

– Atanız rəhmətə gedib, Allah rəhmət eləsin…

– Allah ölələrinizə rəhmət eləsin. Bilirsiniz də, mən Türkiyədə yaşayıram. Bakıya buna görə gəlmişəm. Atam Bəkir Xanlarov əməkdar müəllim idi, iqtisad elmlər doktoru idi, İqtisad Universitetinin müəllimi idi. Yas mərasiminə bütün İqtisad Universitetinin, Aviasiya Akademiyasının, Sərhəd Qoşunları Akademiyasının tələbələri gəlmişdi. Atam yaxşı müəllim, pedaqoq, gözəl iqtisadçı olub. Azərbaycanda bir nömrəli statistik idi. Yasa sənət dostlarımdan gələnlər sağ olsun, gəlməyənlərə isə deyim ki, inşallah belə bir hadisə onların da başına gələcək. Ölüm elə bir şeydir ki, heç kim bundan sığortalanmayıb. Onların da ölüsü olanda mən getməyəcəm.

– Dediniz ki, Rusiyada çoxlu dostlarınız var. Bu baxımdan deputat Astan Şahverdiyevin Rusiyadakı azərbaycanlıları “otxod” adlandırması sizi qıcıqlandırdımı?

– Mən o adamı şəxsiyyət olaraq qəbul eləmirəm. Düzdür siyasətdən çox qıraq adamam, siyasət mənlik deyil. Amma o, böyük səhv eləyib. O səlahiyyəti Astana kim verib ki, bizim həmyerlilərimiz haqqında elə danışır? Bizim orda alimlərimiz, deputatlarımız, zabitlərimiz, çoxlu ziyalılarımız var. Onlar “otxod”dur? Yox onlar “otxod” deyil, “otxod” Astanın özüdür. Rusiyada elə oğlanlar var gəlib onu apararlar, dala qaytarmazlar.

Rəşad

Today`s Baku

Todaysbaku.az

www.todaysbaku.az

Vüqar Ağamalıoğlu

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.