Həmişəlik yoxa çıxan sərnişin təyyarələri: SİYAHI

0

2014-cü ildə yoxa çıxan Malayziyaya məxsus Boeing MH370 sərnişin təyyarəsinin axtarışı dayandırıldı.

O, martın 8-də Kuala-Lumpurdan Pekinə uçurdu. Havaya qalxdıqdan bir müddət sonra təyyarə ilə əlaqə kəsilib. Modern.az bir neçə sərnişin təyyarəsinin sirli yoxa çıxması ilə bağlı tarixi xatırladır.

“Boeing” Anqolanın hava limanından qaçırılıb

2003-cü ilin may ayında Anqolanın Luqande şəhərindəki Kuatro de Febereyro hava limanından “Boeing-727-223” təyyarəsi qaçırılıb. Həmin vaxt təyyarə təmirdə olub. İstintaq müəyyənləşdirib ki, hava gəmisinin yoxa çıxmasında bort mühəndisi Ben Çarlz Padilya, onun köməkçisi Con Mikel Mutantu və bir neçə mexanikin əli olub.
Maraqlıdır ki, onların heç birinin təyyarəni idarə etmək bacarıqları olmayıb, “Boeing”i idarə etmək üçün isə ən az 3 nəfər lazımdır.
Buna baxmayaraq, bort mühəndisi və onun köməkçisi təmirin axırında göyərtəyə qalxıblar. Şahidlərin sözlərinə görə, bir az sonra təyyarə hava limanında xaotik hərəkət edib, sonra göyə qalxıb. Təyyarə birdəfəlik yoxa çıxıb, onun nə qalıqları tapılıb, nə də göyərtəsindəki adamları bir daha görən olub.

Sakit okean üzərində yoxa çıxan təyyarə

1964-cü ildə 9 sərnişinlə Los-Ancelesə uçan DC-4 təyyarəsi Sakit okeanı sularında yoxa çıxıb. Sahildən 500 mil aralıda təyyarənin ekipajından mühərrikdəki problemlə bağlı məlumat daxil olub, bundan sonra əlaqə kəsilib.

Sonradan bəzi şahidlər deyiblər ki, təyyaənin suya düşdüyünü görüblər. Düşmə ehtimalı güman edilən yerdə xilasedicilər suda yağ ləkəsi aşkar ediblər, ancaq nə qalıqları, nə də adamların bədənlərindən heç nə aşkar olunmayıb.

37 il sonra tapılan hava gəmisi

1955-ci ildə daha bir DC-4 təyyarəsi göyərtəsindəki 57 sərnişinlə Nyu-Yorkdan Mayamiyə uçanda radardan yoxa çıxıb. 914 saylı reys gözlənilmədən 1992-ci ildə Venesuelanın paytaxtı Karakasda tapılıb.

Dispetçerlər başa düşüblər ki, radarda görünməyən nəsə qəribə hadisələr baş verir. Onda hava limanının işçiləri pilotdan adını deməyi xahiş ediblər. O deyib ki, 4 ekipaj üzvü göyərtəsindəki 57 sərnişinlə Nyu-Yorkdan Mayamiyə çarter reysi yerinə yetirir.

Dispetçerlər zolağı təmizləyiblər və eniş uğurlu alınıb. Ancaq dispetçer Xuan de la Korte yenidən pilotla danışaraq həmin günü – 21 may 1992-ci ili çəkib. Bu zaman təyyarədən belə reaksiya verilib: “İlahi!”

Yerüstü komanda təyarəyə yaxınlaşanda pilot radio ilə qışqırıb: “Yox! Yaxınlaşmayın. Biz buradan uçub gedirik!”

Təyyarənin mühərriki yenidən işə salınıb və o havaya qalxaraq yenidən yoxa çıxıb. Bu olaya inanmaq çətin olardı, əgər şahidlər və dispetçerlə pilotun danışıqların yazısı saxlanmasaydı.

Miçiqan gölü üzərində yoxa çıxan təyyarə

1950-ci ilin iyun ayında Northwest Airlinesə məxsus 2501 saylı reysi həyata keçirən hava gəmisi Miçiqan gölünün sularında qərq olub.
Göyərtədə 58 sərnişin və 4 ekipaj üzvü olub.

Xilasedicilər bir neçə ay ərzində təyyarənin düşdüyü ehtimal olunan ərazini axtarsalar da, kiçik qalıqlardan başqa heç nə tapa bilməyiblər.

Modern.az –  istinadən  Today`s Baku

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.