“Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq

0

Milli Məclisin payız sessiyası dövründə “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanun layihələrinin hazırlanması məsələsi gündəliyə salınacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

İ.Həbibbəyli qeyd edib ki, parlamentin payız sessiyası dövründə “Peşə təhsili haqqında” qanun layihəsinin birinci oxunuş üçün plenar iclasın müzakirəsinə çıxarılması nəzərdə tutulur:

“Layihə birinci oxunuşdan keçdikdən sonra “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün də işçi qrupu yaradılacaq və layihənin hazırlanması üçün materiallar toplanılacaq. Oktyabrda “Peşə təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarıldıqdan sonra – noyabrda “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq”.

O əlavə edib ki, “Elm haqqında” qanuna uyğunlaşdırma məqsədilə bir sıra digər qanunlarda dəyişikliklərin edilməsi tövsiyə edilib.

Trend

Today’s Baku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.