Məleykə Abbaszadədən yazı işlərinin yoxlanılması ilə bağlı açıqlama

0

Bu il IX siniflərin buraxılış imtahanlarında ilk dəfə olaraq yazı işlərinin yoxlanmasında “e-markinq” sistemindən itifadə edilib.

Today’s Bakunun məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, səsləndirilən fikirlərə əsasən, yazı işlərinin yoxlanılması zamanı 2 subyektivlik ola bilər:

“Birincisi yazı işini yoxlayan kəs müəllifi tanıya bilər. Digər subyektivlik isə yazı işlərinin yoxlanması zamanı müxtəlif ekspertlərin fərqli yanaşmasının ola bilməsi ilə bağlıdır”.

M.Abbaszadə hər kəsi bu il ilk dəfə olaraq IX siniflərin buraxılış imtahanlarında tətbiq edilən yazı işlərinin yoxlanması zamanı obyektivliyin nə dərəcədə qoruna biləcəyini maraqlandığını söyləyib.

Onun sözlərinə görə, yazı işlərinin yoxlanılmasında müəllimlər iştirak etməlidirlər:

“Fikirlərə görə, markerlərin pedaqoji və psixoloji xüsusiyyətinə görə nəticələrə sərt və ya yumşaq yanaşıla bilər. Nəticədə düzgün qiymətləndirmə aparıla bilməz. Lakin mərkəz tərəfindən imtahanlarda tətbiq edilən “e-markinq” sistemi vasitəsilə subyektivlik aradan qaldırılıb. Bu il buraxılış imtahanlarında ilk dəfə olaraq yazı işlərinin yoxlanmasında bu sistemdən istifadə edilib”.

M.Abbaszadənin sözlərinə görə, IX siniflərin buraxılış imtahanları zamanı 200 min yazı işi (90 min Azərbaycan dili, 12-15 min Rus dili, 100 min Riyaziyyat) yeni sistem vasitəsilə yoxlanılıb: “Yekun nəticələr onu göstərib ki, bu sistem tam düzgün və heç bir subyektivlik qeydə alınmayıb”.

Trend

Today’s Baku.az

 
rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.