YouTube-a yeni funksiya əlavə ediləcək

0

Google şirkəti YouTube proqramında tez-tez yeni funksiyaları sınaqdan keçirir.

Todaysbaku.az  NRYTN-in elektron xəbər  xidmətinə istinadən məlumat verir ki, bu dəfə internet nəhəngi çarxların avtomatik işə salınmasını yoxlayıb.

İndi “Əsas” vərəqindəki video avtomatik olaraq səssiz şəkildə, amma subtitrlərlə birgə işə salınacaq. Videoçarx lap əvvəldən başlayacaq və istifadəçi onu izləyənədək davam edəcək.

İstifadəçinin icazəsi olmadan avtomatik işə salınan videolar adətən narahatçılıq yaradır, amma YouTube-da bu funksiya yaxşı realizə olunub. Səsin əvəzinə subtitrlərdən istifadə edilməsi faktı sözügedən funksiyanı daha az zəhlətökən edir. Bundan başqa, istəkdən asılı olaraq, bu funksiyanı istənilən an deaktiv etmək olar.

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.