Banqladeşdə fil qaçqınların düşərgəsinə hücum etdi – Ölənlər var

0

 

Banqladeşdə fil rohinca qaçqınları olan düşərgəyə hücum edib.

Trend-in məlumatına görə, azı 4 nəfərin filin ayaqları altında qalıb öldüyü bildirilir.

Məlumata görə, səhər saatlarında qəflətən fil meşədən çıxaraq düşərgəyə hücum edib.

Hadisə zamanı 2 nəfərin elə yerindəcə öldüyü bildirilir. Daha 2 nəfər aldığı yaralardan ölüb. Bir neçə nəfər isə ağır xəsarətlərlə yaxınlıqdakı tibbi məntəqəyə yerləşdirilib.

 

Trend

Today’s Baku.az

 

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.