Azərbaycanda ilk dəfə: – Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədlərinə dair təlim keçirildi – FOTOLAR

0

Azərbaycanda ilk dəfə: – Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədlərinə dair təlim keçirildi – FOTOLAR
Bu gün Bakıda BMT-nin İnkişaf Proqramının 70-ə yaxın media nümayəndəsi, bloqqer, vlogger və müstəqil yazıçıları bir araya gətirən “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” adlı təlim kursu keçirilib.

Kolgemedia.az xəbər verir ki, tədbirin məqsədi Azərbaycan mediası, o cümlədən sosial media kanalları vasitəsilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sahəsində yazılar, xəbər reportajları, televiziya və radio verilişləri, habelə sosial çarxların hazırlanmasında yerli yazıçı, blogger, videoqraf və digər yaradıcı insanların bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

Tədbiri giriş sözü ilə açan BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi Qulam İsakzai Dayanıqlı İnkişaf Məqsədləri və 2030-cu ilə olan Yeni Gündəliyin bəşəriyyət üçün əsas dəst-xətt və yaşadığımız dünyanın yaxşılaşdırılması üçün əsas hərəkət planı olduğunu vurğuladı. O, DİM haqqında ictimai əhəmiyyətli məsələlərin və çağırışların həm ölkənin qərarverici orqanları, həm də geniş auditoriyaya çatdırılmasında medianın mühüm rol oynadığından ətraflı danışmış və bu sahədə uğur hekayələri və beynəlxalq praktikadan nümunələr gətirmişdi.

Təlim zamanı Dayanıqlı İnkişaf Məqsədlərinə qlobal baxış, kütləvi informasiya vasitələrinin perspektivi, o cümlədən medianın rolunun nədən ibarət olduğu və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi və analizində medianın iştirakının nədən bu qədər önəm kəsb etdiyinə açıqlıq gətirilib. BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin kommunikasiya və media ilə əlaqələr üzrə mütəxəssisi Nikolas Douillet media nümyəndələrinə mesajların hazırlanması, auditoriyanın düzgün müəyyən edilməsi və dəyişiklik etmək məqsədini hədəfə alan ünsiyyət prinsipləri haqqında praktiki məsləhətlər vermişdir.

Tədbir zamanı İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənovavə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak da çıxış etmişlər. Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda icra olunması, bu sahədə nailiyyətlər və gələcək perspektivlər haqqında Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov məruzə ilə çıxış etmişdir. Bundan əlavə, təlim iştirakçıları Azərbaycanda media ilə bağlı vəziyyət haqqında məlumatla Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin təqdimatında tanış olmaq imkanı qazanmışlar.

Təlim proqramı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasına dəstək və milli inkişaf planlarının DİM-lərə uyğunlaşdırılması ”layihəsinin tərkib hissəsidir. Həmçinin onu da nəzərinizə çatdırmaq istərdimki, Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədlərinə həsrolunmuş təlim kursu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının maliyyə dəstəyi v əMətbuat Şurasının təşkilati dəstəyi hesabına gerçəkləşir.

Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə yönəlmiş silsilə tədbirlərin həyata keçirilməsinin mühümlüyünü nəzərə alaraq, BMT-nin İnkişaf Proqramı Azərbaycanda bu tip tədbirlərin gələcəkdə də davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, insan həyatını yaxşılaşdırmaq, güclü dövlətləri qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlili təqdim edir.
Vugar Agamalioglu Guliyev

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.