Jurnalistlərə Şahdağda verilən dəyər – FOTOLAR

0

Hər bir ölkənin, vilayətin, şəhərin gözəl, həm də özünəməxsus diyarı var. Bəlkə “gözəl diyar” ifadəsini deyil, “özünü daha yaxşı hiss etdiyin yer” adlandıraq bu diyarları…

jurnalistler
Elə insanlarda var ki, dünyanın başqa ölkəsinə gedib, oranın mənzərlərinə tamaşa edəndən sonra geri dönür və öz ölkələrini bəyənmirlər. Bu cümləni Azərbaycana aid etmək çox haqsızlıq olar. Yəqin ki, Azərbaycanı bəyənməyənlər vətənimizin gözəl və dilbər diyarlarında olmayıblar, bu gözəllikləri nə görüb, nə də onun şahidi olublar.
1434966419_3

Bu gün oxucularıma Azərbaycanın ən əsas istirahət zonalarından birinə çevrilmiş diyarından, eləcə də ən qədim yaşayış məskənlərindən biri – Şahdağdan söz açacam.
1434966419_5

Bir neçə gün budan əvvəl “todaysbaku.az” saytı və Şahdağ Turizm Kompleksinin təşkilatçılığı ilə “Jurnalistlərə dəyər verək” layihəsini gerçəkləşdiriblər. Ölkənin ayrı-ayrı media qurumunda çalışan 30 jurnalist Qusar rayonuna səfər edib, Şahdağ Turizm Kompleksinin və burda yerləşən “Zirvə” hotelinin qış-yay turizm imkanları ilə tanış olub. Layihə rəhbəri Vüqar Quliyev jurnalistlər üçün təşkil olunan bir günlük turun gələcəkdə daha da genişləndiriləcəyini, belə turların Türkiyədə, ABŞ-da da təşkil ediləcəyini hədəflədiklərini vurğulayıb.
1434967313_11303741_834916913265680_763491422_n

Jurnalistlər üçün Ən çox yaddan qalan məqamlar isə bunlar oldu: yol boyu nəqliyyat vasitəsində media nümayəndələri ilə maraqlı yol səyahəti alınsın deyə Vüqar bəy kiçik viktorina təşkil etmişdi və bu sual-cavab həqiqətən də jurnalistlərin ürəyincə oldu. Şahdağa çatdıqda isə orda yerləşən Zirvə hotelinə kanatlar vasitəsilə enmək, oradan olan kiçik, yaşlı uşaqlardan tutmuş böyüklərə qədər əyləncə vasitələrinin bolluğu, hoteldə diqqətçəkən məqamlar, əyləncə vasitələrində təhlükəsizlik xidmətinin dəqiqliyi xüsusilə qeyd olunmalıdır. Yerli mətbəx yeməkləri ilə yanaşı xarici ölkə mətbəxinin təamları və əcnəbi aşpazlar, musiqi sədaları altında xoş istirahət birgünlük istirahətimizə rəng qatdı. Xüsusilə uzunluğu 1400 metrdən çox olan digər kanatda ( xatırladımki, bu kanat təxminən 4-5 dağı bir birinə birləşdirir) səyahət etmək zövqverici idi. Büütün bu qeyd etdiklərim tək jurnalistlərin xidmətində deyildi, ora istirafhətə gələnlər fasiləsiz olaraq bu sadalanan xidmətlərdən istifadə edə bilərdilər.
1434966379_4

Təşkilatçılığı yüksən səviyyədə quran Vüqar Quliyev bütün media nümayəndələrinin istirahətinin möhtəşəm keçməsi üçün əlindən gələni edirdi və sonda media nümayəndələri ilə belə press turların davamlı olacağını bildirdi, səfərdə iştirak edən bütün media nümayəndələri ilə xatirə şəkli çəkdirdi.
1434966502_7

Media nümayəndələrinin istəkləri isə belə turların tez-tez təşkil olunması oldu. Jurnalsitlər yarızarafat, yarıgerçək bildirirdilər ki, belə gözəl və rahat şəkildə istirahət etmək şansları demək olar yoxdur.1434966416_6

Qeyd edək ki, Şahdağ Turizm Kompleksi dövlət tərəfindən maliyyə olunur. İstirahət mərkəzinin sahəsi olduqca böyükdür və kompleks düz dağlarınm ətəyində təşkil olunub. Kompleksdə kiçik süni göl də yaradılır və gölün ətrafında genişləndirmə işləri davam etdirilir.

1434966516_10

Vüqar Ağamalıoğlu Quliyev

Today`s Baku

Todaysbaku.az

rəylərinizi unutmayın
Share.

About Author

Leave A Reply