Qabiliyyət əngəl tanımaz…

0

Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının 11-ci sinif sagirdi Ləman Aslanova təsviri və tətbiqi sənət şöbəsində oxuyur. O, rəsmlərində öz dünyasını: duyğularını, sevincini, kədərini, həyatda yaşantısını göstərir. Ləman, uşaq yaşlarından eşitmə əngəllidir. Esitmə qabiliyyəti demək olar ki, yox dərəcəsində olan bu gözəl balamız hisslərini rəsmləri ilə çatdırır.

Qeyri-adi istedad sahibi olan Ləman Aslanova puantilizm üslubunda işləyir. O, düşündürücü rəsmlər çəkməyi xoşlayır.

“Uşaqlar və müharibə”, “Xocalı soyqırımı”, “Xocalı harayı” kimi vətənpərvərlik mövzusunda çəkdiyi rəsmlər onun böyük istedad sahibi olduğuna bariz nümunədir.

Vətənpərvərlik mövzusuna üstünlük vərən Ləman tezliklə torpaglarımızın düşmən tapdağından azad oluması və Şuşamızın gözəlliyini çəkmək arzusu ilə yaşayır.

Today’s Baku bildirir ki,Ləman Aslanovanın rəsm əsərləri Fransa, Çexiya, Rusiya, Ukrayna, Yaponiya və digər ölkələrdə yüksək mükafata layiq görülüb və diplomlarla mükafatlandırılıb. “Bayrağımız qürur mənbəyimizdir,” “Mən musiqi çəkirəm”, “Norveç incəsənət gimnaziyası şagirdlərinin gözü ilə”, “İstedadlı uşaqlar festivalı-2013”, “Dekorativ tətbiqi sənət”, “Azərbaycan milli geyimləri rəssamların gözü ilə” adlı rəsm müsabiqələrində qalib olub və diplomlarla mükafatlandırılıb.

Gənc olmasına baxmayaraq, dünyanın bir çox ölkələrində əsərləri nümayiş etdirilən rəssam Ləman Aslanovanın Ulu Öndərlə Heydər Əliyevlə bağlı çəkdiyi rəsmlər daha diqqət çəkəndir və görənləri heyrətləndirir.

Rəsmləri ilə diqqət mərkəzində olan Ləmana müəllimləridə hər zaman dəstək olurlar.

İstedadlı Ləmanın əl işlərini sizlərə təqdim edirik.

 

qabiliyyet qabiliyyet2 qabilyyet3 IMG-20160510-WA0006

 

 

Qeyd edək ki, Ləmanın ən böyuk arzusu Rəssamlıq Akademiyasına qəbul olmaqdır. Bütün arzularına tezliklə çatsın və Bayrağımızı daima digər ölkələrdə zirvələrə qaldırsın. Zirvələrə gedən yolu hər zaman açıq olsun.

Today’s Baku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.