Çili qəzeti: Azərbaycanlılar son dərəcə səmimi, sevgi dolu və qayğıkeş insanlardır

0

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Çilinin tanınmış jurnalisti, “Andres Bello” Universitetinin professoru və V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuş Markos Borkoski Paezin Çilinin həftəlik nəşr olunan “Cambio 21” qəzetinin internet səhifəsində “Azərbaycan müstəqilliyinin bərpasının 25-ci ilini qeyd edir” (“Azerbaiyan celebró 25 años de restauración de su independencia”) başlıqlı yeni məqaləsi dərc olunub.

Trend həmin məqaləni təqdim edir:

“Çilidə hələ ki, çox tanınmayan bir ölkə olan Azərbaycanın maraqlı tarixi var. Azərbaycanın yaşadığı tarixə nəzər salsaq, müstəqil və suveren dövlətin 25 illik yubileyinin qeyd olunması çox mühüm əhəmiyyət kəsb edir. O, əsrlər boyu müxtəlif dövrlərdə ayrı-ayrı imperiya və böyük dövlətlərin tərkibində müstəqillik arzusu ilə yaşamışdır.

Geridə buraxdımız sentyabr ayının sonunda Santyaqodan Azərbaycanın paytaxtı Bakı şəhərinə 20 saatdan çox çəkən uzun bir səyahət etdim və 5-ci Beynəlxalq Humanitar Forumda iştirak etdim. Bunları sizə deməyimin səbəbi odur ki, mən Azərbaycan haqqında bir az daha öyrənmiş oldum.

Bu ölkə haqqında burada, Çilidə mənə danışmışdılar. Həmçinin, paytaxt Bakını və onun sakinlərini dostsevər insanlar olaraq təsvir etmişdilər. Əlbəttə, deyə bilərsiniz ki, xaricdə olarkən həmişə insan öz ölkəsini gözəl ölkə olaraq təsvir edir. Amma deyə bilərəm ki, həm Bakı şəhəri, həm də onun sakinləri olan azərbaycanlılar barədə təsvir olunanlar həqiqətdir. Özü də tam mənasıyla bir həqiqət. Bakı möhtəşəm bir şəhərdir. Gözəl, müasir və işıqlı. Forum ərzində mən fərqli mövzular öyrəndim və müxtəlif sahələrdən olan tanınmış elm xadimləri, müəllimlər, riyaziyyatçılar, Nobel mükafatçıları və əlbəttə Amerika, Avropa və Asiyadan olan jurnalistlərlə fikirlərimi bölüşdüm.

Lakin mənim üçün ən əhəmiyyətli təcrübə azərbaycanlıları tanımaq oldu. Azərbaycanlılar son dərəcə dostsevər, səmimi, sevgi dolu və qayğıkeş insanlardır. Mən bu özəllikləri onların hamısında, bütün kateqoriyadan olan insanlarda – məni hava limanında qarşılayan şəxs daxil, tədbir yerinə aparan avtobus sürücüsündə və yemək masasında xidmət göstərən personalında da gördüm. İştirakçılar üçün gənclərdən ibarət üzərlərində “Məndən soruş” (“Ask me”) yaxa kartı olan bir komanda təşkil edilmişdi. Mükəmməl gənc oğlan və qızlar. Onlar, əsasən tələbələrdən ibarət idi və beynəlxalq forum çərçivəsində biz iştirakçılara köməklik edirdilər. Azərbaycanlılar qeyri-adi xalqdır və həqiqətən möhtəşəmdirlər. Üzlərindən gülüş heç əksik olmur. Belə bir mühitdən zövq almamaq mümükün deyil. Bu təəssürat təkcə məndə yox, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış nitqi ilə öz işinə başlayan Beynəlxalq Humanitar Forumun hər bir iştirakçısında formalaşmışdı.

Bu məqaləni yazmaq istədim. Ona görə ki, Azərbaycan bayram içərisindədir və bu bayram qeyd olunduğu tarixə görə çox əhəmiyyətlidir. Çünki, geridə buraxdığımız 18 oktyabr tarixində Azərbaycan 1991-ci ilin 18 oktyabrında demokratiyanın bərpasının 25 illik yubileyini qeyd etdi.

Bu tarix azərbaycanlılar üçün böyük əhəmiyyət daşıyır. Onlar deyirlər ki, Müsəlman Şərqində ilk demokratik respublikanın bayrağını, himnini və gerbini öz dövlət atributları kimi qəbul etməsi Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə və onun 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə olan dərin hörmət və ehtiramının təzahürüdür.

Çilidə hələ ki, çox tanınmayan bir ölkə olan Azərbaycanın maraqlı tarixi vardır. Azərbaycanın yaşadığı tarixə nəzər alsaq müstəqil və suveren dövlətin 25 illik yubileyinin qeyd olunması çox böyük əhəmiyyət kəsb edir. O, əsrlər boyu müxtəlif dövrlərdə ayrı-ayrı imperiya və böyük dövlətlərin tərkibində müstəqillik arzusu ilə yaşamışdır.

Lakin bu xalq onun milli varlığının əsasını təşkil edən komponentləri, milli adət-ənənə və dəyərlərini, mədəniyyətini qoruyub saxlaya bilmiş və dünya mədəni irsinə töhfə vermişdir. Müstəqilliyin bərpası azərbaycanlıları vahid bir ideologiya ətrafında toplamış və beynəlxalq hüququn subyekti olan demokratik, hüquqi və dünyəvi dövlət qurmalarına imkan vermişdir.

Lakin heç də hər şey asan başa gəlməmişdir. Müstəqqillik yolunda ilk addımlarını atarkən ölkə bir tərəfdə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və Dağlıq Qarabağ münaqişəsi ilə üzləşmiş, digər tərəfdə siyasi, iqtisadi və sosial böhran yaşamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinə baxmayaraq bugün Azərbaycanın nail olduğu iqtisadi inkişaf səviyyəsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həll edilməsinə nail olmaqdır. Bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlara baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi hələ də sülh sazişinə nail olmağa imkan vermir.

Mən öyrəndim ki, müstəqil Azərbaycan enerji sektorunun inkişafında mühüm irəliləyişə nail olmuşdur. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum kəmərləri və digər irimiqyaslı strateji layihələr enerji ehtiyatlarını Azərbaycandan dünya bazarlarına daşımaqla yanaşı Avropanın enerji təhlükəsizliyini təmin edir. Ölkə üzrə sənaye zonalarının açılması, Bakı ilə yanaşı digər şəhərlərin də sənaye potensialının artırılması, texnoparkların və aqroparkların qurulması regionların böyük sürətlə inkişafını təmin etməyə imkan yaratmışdır.

Mən sizlərə Azərbaycan haqqında bir neçə şey danışdım. Azərbaycan Çili üçün dünyanın o biri tərəfində yerləşən bir ölkədir. Amma Bakıda olduğum qısa müddət ərzində mənə göstərilən səmimi, xoş və dost münasibətə görə özümü sanki evimdə hiss etdim.

Bilirsiniz? Belə bir ölkəni tanımaq, Bakı kimi bir şəhərə səyahət etmək və insanlarla paylaşmaq tam mənasıyla sonsuz bir səyahətə çevrilir.

Kim bilir? Bəlkə bir gün Azərbaycana qayıda bildim”.

Trend

Today’s  Baku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.