“Made in Azerbaijan” rəflərinin yerləşdiriləcəyi xarici mağazalarla bağlı meyarlar təsdiq edildi

0

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nı təsdiq edib.

Trend-in məlumatına görə, bu Meyarlar “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi meyarlarını müəyyən edir.

“Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısı aşağıdakı meyarlar əsasında müəyyən olunur:

– mağazanın yerləşdiyi ölkə (ölkələr) ilə Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri;

– mağazanın yerləşdiyi ölkəyə (ölkələrə) Azərbaycan məhsullarının ixrac potensialı;

– sahibkarlardan daxil olan müraciətlər;

– mağazanın müxtəlif ölkələrdə və ya bir ölkədə fəaliyyət göstərən və istehlakçılar tərəfindən geniş tanınan mağazalar şəbəkəsinə aid olması;

– rüsumsuz ticarət mağazalarının (“duty free”) yerləşdiyi ərazilərdə sərnişin daşımalarının həcminin böyüklüyü və ərazinin beynəlxalq nəqliyyat qovşağı baxımdan əhəmiyyəti.

Kollegiyanın qərarı 28.10.2016-cı il tarixdən qüvvədədir.

Trend

Today’s Baku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.