Azərbaycan-Türkiyə-Gürcüstan biznes-forumu İstanbulda keçiriləcək

0

Azərbaycan-Türkiyə-Gürcüstan beşinci biznes-forumu noyabrın 16-da İstanbulda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İqtisadi Əlaqələr üzrə Şurasının saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilir ki, forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsişvili, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi və Türkiyənin Xarici İqtisadi Əlaqələr üzrə Şurasının sədri Cihad Vardan iştirak edəcəklər.

Forum çərçivəsində birgə layihələr, eləcə də ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Trend

Today’s  Baku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.