Diqqət: Bu yolda hərəkət məhdudlaşdırılır

0

Zığ-Hövsan yolunun tikintisi çərçivəsində Zığ dairəsində yenidənqurma işləri həyata keçirilir.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən 31 oktyabr səhər saat 10:00-dan etibarən bir neçə gün müddətində dairədə hərəkət məhdudlaşdırılacaq.

Sürücülər Zığ qəsəbəsinə daxil olmaq üçün alternativ olaraq Hövsan və Suraxanı yollarından istifadə edə bilərlər.

Hövsan qəsəbəsi istiqamətinə və əksinə gediş-gəlişdə isə hər hansı bir məhdudiyyət olmayacaq.

Trend

Today’s Baku.az

rəylərinizi unutmayın
Share.

About Author

Comments are closed.